"Sabah" - "Beşiktaş": Biletlərin yarısından çoxu satılıb

Mayın 13-də Bakıda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa bilet satışı davam edir. 

Sportline.az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq bu oyun üçün 20 min bilet satılıb.
 
Biletləri iticket.az saytından və “Iticket.az”-ın satış məntəqələrindən, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.
 
Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa saat 18:00-da start veriləcək.

Banner