"Sabah" - "Beşiktaş" görüşünün hakimi bilindi

“Sabah” və“Beşiktaş” komandaları arasında keçiriləcək xeyriyyə oyununun hakimləri müəyyənləşib.

Sportline.az AFFA-ya istinadən xəbər verir ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşünü Tural Qurbanov idarə edəcək.

Ona Vüsal Məmmədov və Rəhman İmami yardımçı olacaq. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Qeyd edək ki, “Sabah” - “Beşiktaş” matçı saat 18:00-da başlanacaq. Qarşılaşmadan əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərin yardım fonduna köçürüləcək.

Banner