"Sabah" - "Beşiktaş" matçı ilə bağlı açıqlama
"Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi öncədən bəlli idi".
Bunu Sportline.az saytına açıqlamasında "Sabah" klubunun mətbuat katibi Elnur Həmidov deyib. Onun sözlərinə görə, konkret tarix hələ müəyyənləşdirilməyib.
"Türkiyədəki zəlzələyə görə "Beşiktaş"ın aprel ayında qrafiki çox sıx idi. Ona görə də apreldə gələ bilmədilər. Amma mayın ilk yarısında "Beşiktaş" komandası Azərbaycanda olacaq. Konkret tarix yaxın vaxtda açıqlanacaq. Hələ ki, müzakirələr gedir".