"Sabah" - "Beşiktaş" matçına nə qədər bilet satılıb?
"Sabah" və "Beşiktaş" arasında keçiriləcək yoldaşlıq oyununa 13 min bilet satılıb".
Bunu Sportline.az saytına açıqlamasında "Sabah"ın mətbuat katibi Elnur Həmidov bildirib.
Qeyd edək ki, biletləri bu gündən “Iticket”in və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından da əldə etmək mümkündür. Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.
“Sabah” – “Beşiktaş” yoldaşlıq oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç xeyriyyə xarakteri daşıyır. Oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.