Gəncə şəhər stadionunda anşlaq gözlənilir
Topaz Premyer Liqanın IX turu Gəncə Şəhər Stadionunun yenidən istifadəyə verilməsi ilə əlamətdar olacaq. Sportline.az xəbər verir ki, sabah “Kəpəz”-"Neftçi" görüşündə tribunalarda anşlaq yaşanacağı gözlənilir. Təxminən 6 aylıq fasilədən sonra rəqibini doğma arenada qəbul edəcək "Kəpəz"i 20 mindən çox azarkeşin dəstəkləyəcəyi bildirilir. Qeyd edək ki, "Kəpəz"-"Neftçi" görüşü sabah saat 15-00-da başlanacaq.