"Sabah" "Kəpəz" qarşısına belə çıxacaq
“Sabah” Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz”lə Qəbələdə keçirəcəyi oyuna baş məşqçisiz çıxacaq.
Sportline.az xəbər verir ki, buna səbəb paytaxt klubunun çalışdırıcısı Murad Musayevin cəzalandırılmasıdır.
XXXII turda “Şamaxı” ilə keçirilən matçda qırmızı vərəqə alan rusiyalı mütəxəssis bir oyunluq diskvalifikasiyaya məruz qalıb. Həmçinin, görüşdə hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alan Musayevin köməkçisi Vitaliy Kovalyov da eyni cəza ilə üzləşib.
Qeyd edək ki, “Kəpəz” – “Sabah” oyunu mayın 5-də keçiriləcək.