"Sabah" legioneri ilə müqaviləni uzatdı

“Sabah” futbolçusu Zurab Oçiqava ilə yeni müqavilə bağlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı müdafiəçinin sözləşməsinin müddəti daha 1 illik uzadılıb.

26 yaşlı oyunçu 2021-ci ilin fevralından bu komandada çıxış edir. O, “Sabah”ın heyətində 10 oyun keçirib.