"Sabah" legioneri ilə yolları ayırdı
"Sabah" klubu legioneri Tiemoko Fofana ilə yolları ayırıb.
Sportline.az xəbər verir ki, onun müqaviləsinə xitam verilib.
23 yaşlı hücumçu mövsümün əvvəlində zədəli olduğu üçün sifariş ərizəsinə daxil edilməmişdi.
Qeyd edək ki, Fofana 2021-ci il yanvar ayında Finlandiyanın “İlves” klubundan icarə əsasında “Sabah”a keçmişdi.