"Sabah" "Qarabağ"la oyuna itki ilə çıxacaq
Çempionluq uğrunda mübarizə aparan "Qarabağ"la "Sabah"ın ölkə kubokundakı qarşılaşmaları da maraqla gözlənilir.
Sportline.az xəbər verir ki, aprelin 3-də Bizon ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları olacaq.
Həmin gün “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edəcək
Qonaq komanda bu matça itkiylə çıxacaq. Söhbət cəzalı İqor Noqeyradan gedir.
"Qarabağ"ın isə oyuna optimal heyətlə çıxacağı gözlənilir.
Qeyd edək ki, sözügedən qarşılaşmabıb start fiti saat 20.00-da səslənəcək.