"Sabah" qərarını verdi: Qalır, yoxsa gedir?

“Sabah” baş məşqçi Ramin Quliyevlə yeni müqavilə bağlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 2 ildir.

Quliyev 2019-cu ildən “Sabah”da çalışır. O, daha öncə klubda idman direktoru və əsas komandada köməkçi məşqçi vəzifələrini tutub. Gənc mütəxəssis bu ilin mart ayından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.