Sabah Ruslan Abışovla bağlı qərar verdi

“Sabah” müqavilə müddəti bitən Ruslan Abışovla vidalaşıb.

Sportline.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Millimizin sabiq üzvü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı.

Klub Abışova xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.