“Sabah” “Şamaxı”ya qarşı

Misli Premyer Liqasında çıxış edən "Sabah" və "Şamaxı" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Sportline.az xəbər verir ki, matç "Bank Respublika Arena"da keçiriləcək.

Qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla çempionatda liderdir. "Şamaxı" 20 xalla yeddinci pillədə qərarlaşıb.