"Sabah" "Sumqayıt"la oyuna belə çıxacaq

"Sabah" klubu Azərbaycan Premyer Liqasının XIII turunda "Sumqayıt"la matça itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, qapıçı Saşa Stamenkoviç, müdafiəçilər Ruslan Abışov və Bəhlul Mustafazadə zədə səbəbindən, bugünkü oyunda iştirak edə bilməyəcək.

Koronavirusdan yeni sağalan Ulise Diallo və sarı vərəqə limitinə görə cəzalı duruma düşən Xulio Rodrigesin oynamayacağı da, dəqiqdir. Bundan başqa, cinah oyunçusu Təmkin Xəlilzadənin də, zədə səbəbindən görüşdə iştirakı sual altındadır.

Qeyd edək ki, "Sumqayıt" - "Sabah" matçı saat 16:00-da başlanacaq.