"Sabah" U-19 millimizi məğlub etdi

Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlığı davam etdirən "Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.

Sportline.az xəbər verir ki, Visente Qomesin komandası U-19 millimizlə qarşılaşıb.

Mərdəkandakı "Dalğa Arena”da keçirilən matç "göy-ağlar”in 3:0 hesablı qələbəsilə nəticələnib. Qollara Ramil Şeydayev, Amadu Diallo və Təmkin Xəlilzadə imza atıblar.

"Sabah” Azərbaycan Premyer Liqasının XV turunda səfərdə "Zirə” ilə qarşılaşacaq. Oyun fevralın 14-də, saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.