"Sabah" və "Beşiktaş" rəhbərləri görüşdülər
Xəbər verdiyimiz kimi, bu gün "Sabah" və "Beşiktaş" arasında yoldaşlıq oyunu keçiriləcək.
Sportline.az xəbər verir ki, matçdan əvvəl hər iki klubun rəhbərləri arasında görüş olub. Görüşdə AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL prezidenti Elxan Səmədov da iştirak ediblər. "Beşiktaş"ın vitse-prezidenti Engin Baltacı "Sabah"ın prezidenti Maqsud Adıgözəlova "qara qartallar"ın formasını hədiyyə edib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Sabah" - "Beşiktaş" qarşılaşması saat 18:00-da başlayacaq.