"Sabah" - "Zirə" oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasında IX turun “Sabah” – “Zirə” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi səbəbindən bu gün keçirilməyəcək.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) yaydığı açıqlamada bildirilib.

Oyunun tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.