"Sabah"dan yeni transfer
“Sabah” FK heyətə yeni futbolçu cəlb edib.
Sportline.az xəbər verir ki, müdafiəçi Bəxtiyar Həsənalızadə ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2019) və “Zirə” (2019-2020) klublarında çıxış edib.
Bəxtiyar yeni komandasında 34 nömrəli formada oynayacaq.