"Sabah"ın çempionatdan imtinası təsdiqləndi
"Sabah"ın əvəzedici komandası yeni mövsümdə I Divizionda iştirak etməyəcək.
Sportline.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Qərarda deyilir:“Sabah” FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın".