"Sabah"ın şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sabah"ın apellyasiya şikayətini təmin etməyib.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin sentyabrın 9-da paytaxt təmsilçisi barədə 1600 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, "Sabah" azarkeşləri Premyer Liqanın 5-ci turunda "Səbail"lə qolsuz bərabərə qaldıqları matçda meydana kənar əşyalar atdıqları üçün klub 1600 manat məbləğində cərimələnmişdi.