Sabaleta karyerasını bitirdi

Argentina millisinin sabiq futbolçusu Pablo Sabaleta karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi özünün "Tvitter" hesabında yazıb. O, 18 ildən sonra futbolla vidalaşdığını bildirib.

Qeyd edək ki, P. Sabaletanın son klubu İngiltərə "Vest Hem"i olub. O, "Espanyol" (2005-2008) və "Mançester Siti" (2008-2017) kimi klublarda da oynayıb.