Sabiq federasiya məmurunu 400 illik həbs gözləyir

Sinqapur Futbol Assosiasiyasının keçmiş direktor müavini İkram Cit Sinq həbs oluna bilər.

Sportline.az "The Straits Time” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı sabiq funksioner həyat yoldaşı ilə birlikdə irimiqyaslı korrupsiyada ittiham olunur.

Mənbə onun 400 illik həbs cəzasına məhkum edilə biləcəyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Sinq 2019-cu ilin yanvarında Sinqapur Futbol Assosiasiyasındakı işindən uzaqlaşdırılıb.