Sabiq “Qalatasaray”lı “Fənərbağça”ya transfer ola bilər

"Qalatasaray"ın sabiq futbolçusu Kerem Aktürkoğlu karyerası "Fənərbağça"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, Kerem illik 5 milyon avro maaş tələb edir.

Bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.

"Benfika"nın rəhbərliyi 26 yaşlı sol cinah vingeri üçün 25 milyon avro istəyir.

Qeyd edək ki, Kerem "Fənərbağça"da çıxış etmək fikrinə müsbət yanaşır.