Sabiq "Qarabağ"lı İspaniya klubunda

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan ispaniyalı futbolçu Xayme Romero ölkəsinin "Kartaxena" komandasına keçib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Sequnda təmsilçisi ilə 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, Xayme Romero 2019 - 2022-ci illərdə "Qarabağ"ın formasını geyinib.