Kanadalı futbolçu "Marsel"ə keçməyə yaxındır

"Marsel" "Məlmö"nün müdafiəçi Derek Korneliusun transferi ilə bağlı çalışmalarını davam etdirir.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 25 yaşlı futbolçu tibbi müayinədən uğurla keçib.Bildirilir ki, o, bazar günü "Marsel"ə gələrək yeni klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayacaq.

Kornelius hazırda davam edən İsveç Liqasında 19 oyuna çıxıb və 2 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Kornelius 2018-ci ildən Kanada millisinin şərəfini qoruyur. Futbolçu bu müddət ərzində 26 oyuna çıxıb.