Sadiq Quliyev "Qəbələ"dən ayrıldı

“Qəbələ” futbolçusu ilə vidalaşıb.

Sportline.az-ın əldə etdiyi məlumata görə, “qırmızı-qaralar” Sadiq Quliyevlə yollarını ayırıblar.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçinin Premyer Liqada ilk klubu “Qəbələ” olub. O, 2012-15-ci illərdə, həmçinin 2016/17 mövsümündə “qırmızı-qara” forma geyinib. “Qəbələ”dən başqa yalnız “Zirə”də çıxış edən Sadiq 2015/16 mövsümündə və 2016-19-cu illərdə paytaxt təmsilçisində oynayıb.

Quliyev Azərbaycanın U-17, U-19, U-21 və U-23 millilərinin də heyətində forma geyinib.