Salah 2029-cu ilə qədər "Liverpul"da qala bilər

"Liverpul" hücumçusu Mohammed Salahın müqaviləsini uzatmaq üçün oyunçu ilə danışıqlara başlayıb.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "qırmızılar" misirli futbolçuya 2029-cu ilə qədər müqavilə təklif edəcəklər.

Salahın özü də "Liverpul"da qalmağa müsbət yanaşır, lakin futbolçu gələcək təklifləri də dəyərləndirə bilər.

32 yaşlı super ulduz 2017-ci ildən "Liverpul"da çıxış edir. O, İngiltərə klubu ilə ümumillikdə çıxdığı 355 oyunda 214 qol vurub, 93 asist edib.

Qeyd edək ki, daha əvvəl "Roma", "Bazel" və "Çelsi" kimi klublarda çıxış edən Salahın hazırki komandası ilə müqaviləsi 2025-ci ilə qədərdir.