Salah "Fənərbağça"da 20 milyon avro istəyir

"Liverpul"dan azad agent kimi ayrılan Mohamed Salahın adı "Fənərbağça" ilə hallanır.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi misirli sağ cinah vingerini heyətinə qatmaqda israrlıdır.

"Fanatik" nəşrinin yaydığı məlumata görə, Salah "Fənərbağça"dan illik 20 milyon avro maaş tələb edir.

Qeyd edək ki, Türkiyə klubu bu tələbə müsbət cavab verib. Sözügedən futbolçunun "Fənərbağça" ilə 1+1 illik müqavilə imzalayacağı gözlənilir.