Salah “Fənərbağça”ya gəlir?

“Fənərbağça” “Liverpul”un futbolçusu Mohamed Salah ilə bağlı hərəkətə keçib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi misirli ulduzla rəsmi danışıqlara başlayıb.

Klub hücum xəttini gücləndirmək üçün Salahı əsas hədəf kimi müəyyənləşdirib. Bildirilir ki, futbolçu Səudiyyə Ərəbistanı liqasından gələn təklifləri rədd edib və karyerasını Avropada davam etdirmək niyyətindədir.

Bu amil “Fənərbağça”nın ümidlərini artıran əsas faktorlardan biri kimi qiymətləndirilir. 

Qeyd edək ki, Mohamed Salah mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.