Salah: "İnsanların bilmədiyi çox şey var"

"Liverpul"un futbolçusu Məhəmməd Salah klubla müqaviləsini yeniləyib-yeniləməyəcəyi barədə sualları cavablandırıb. 

Sportline.az xəbər verir ki, 31 yaşlı hücumçu bu haqda Sky Sports"a açıqlamasında danışıb. O deyib: 

"Müqavilə barədə aparılan danışıqlarla bağlı nə isə söyləyib, eqoist şəkildə davrana bilmərəm. Hazırda komanda olaraq çox yaxşı çıxış edirik. Düzü, insanların bilmədiyi çox şey var. Sadəcə indi yalnız komanda haqqında düşünmək istəyirəm. Ümid edirəm ki, növbəti dəfə müqavilə haqqında dəqiq nə isə deyə biləcəyəm". 

Qeyd edək ki, Salahın hazırkı sözləşməsi 2023-cü ilin yayına qədərdir.