Salah üçün əlamətdar oyun

İngiltərə Premyer Liqasının 5-ci turunda keçirilən “Everton”-“Liverpul” matçı (2:2)  Məhəmməd Salah üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, “mersisaydlılar”ın hücumçusu 72-ci dəqiqədə fərqlənməyi bacarıb. Beləliklə  28 yaşlı oyunçu “qırmızılar”ın heyətində 100-cü qolunu vurub.
 
Salah bu nəticəni çıxdığı toplam 159 matçda göstərib.
 
Qeyd edək ki, Salah 2017-ci ilin yayında İtaliyanın “Roma” klubundan 42 milyon avroya transfer edilib.