Salahdan şad xəbər

"Liverpul"un futbolçusu Məhəmməd Salah koronavirusdan sağalıb.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, onun son koronavirus testi mənfi çıxıb. Klubun baş məşqçisi Yurgen Klopp misirli hücumçunun komanda ilə məşqlərə qayıtdığını bildirib.

Beləliklə, Salah baş məşqçi şans verəcəyi təqdirdə, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Atalanta"ya qarşı oynaya biləcək.

Qeyd edək ki, "Liverpul" - "Atalanta" görüşü noyabrın 25-i keçiriləcək.