Salahın "Liverpul"dakı gələcəyi qeyri-müəyyəndir

Misir futbolunun canlı əfsanəsi Məhəmməd Salahın "Liverpul"dakı gələcəyi sual altındadır.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu hələ də klub rəhbərliyindən yeni müqavilə ilə bağlı təklif gözləyir.

Mersisaydlılar hələ ki, bu addımı atmağa tələsmirlər.

Müqaviləsinin müddəti 2025-ci ilin yayında bitəcək futbolçu hazırkı durumdan narahatlığını gizlətmir. 

O, "The Athletic"ə mövcud durumla bağlı açıqlamasında çox güman ki, yayda klubu tərk edəcəyini bildirib.

Qeyd edək ki, 32 yaşlı hücumçu 2017-ci ildən "Liverpul"un şərəfini qoruyur.