Samir Abasovun köməkçiləri bilindi

Bu gün "Sumqayıt"ın yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk məşqi olub.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqdən öncə 44 yaşlı mütəxəssis klub rəhbərliyi tərəfindən kollektivə təqdim olunub.

Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib.

Qeyd edək ki, Samir Abasovun məşqçilər korpusunda Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, Qoran Başiç və Emil Babayev yer alacaq.

Banner