“Sanderlend”dən “Mançester Yunayted”ə doğru
“Mançester Yunayted” “Sanderlend”in konqolu oyunçusu Noah Sadikini transfer etməyə çalışacaq.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 20 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif göndərəcək.
N.Sadiki cari mövsüm 15 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.
Qeyd edək ki, sözügedən futbolçu “Mançester Yunayted”ə keçməyə razılıq verib.