Saulun əvəzinə iki futbolçu
"Mançester Yunayted" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az "Don Balon"a xəbər verir ki, "Atletiko"nun yarımmüdafiəçisi Saul Nigez "qırmızı şeytanlar"ın hədəfindədir.
İngiltərə təmsilçisi futbolçunun keçidi üçün madridlilərə Ander Herrera və Xuan Matanı təklif edib.
Məlumatda ispaniyalı yarımmüdafiəçinin də Premyer Liqada oynamaq istədiyi bildirilib.