"Sauthempton"un futbolçusu böyüklərin radarında
"Sauthempton"un futbolçusu Tayler Diblinq böyük partlayış edə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Man Yunayted", "Çelsi", "Tottenhem", "Nyukasl", "Vest Ham" və "Aston Villa" "Sauthempton"un istedadlı futbolçusu Tayler Diblinqin transferi uğrunda mübarizə aparır.
Gənc oyunçu bu mövsüm çox mükəmməl performans göstərib və müqaviləsinin gələn yay başa çatması səbəbilə dəyəri təxminən 21 milyon funt sterlinq olaraq qiymətləndirilir.