"Səbail" - "Qəbələ" oyunu Olimpiya stadionunda keçiriləcək
Topaz Premyer Liqasının iştirakçıları "Qəbələ" və "Səbail" arasında keçiriləcək yoxlama oyununun başlama saatı müəyyənləşib.
SportLine.az-ın Bakı klubunun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, qarşılaşma noyabrın 12-i saat 15:00-da başlayacaq. Matç Bakı Olimpiya stadionunun köməkçi meydançasında keçiriləcək.