"Səbail"də ayrılıq: Yunanov getdi

"Səbail" futbolçusu Amil Yunanovla yollarını ayırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə başa çatan müqavilənin yenilənməməsinə qərar verilib.

Yunanov "Report"a açıqlamasında şərtlərdə razılığa gələ bilmədiklərini söyləyib. O, hazırda bir neçə variantı nəzərdən keçirdiyini və özü ilə maraqlananlar sırasında Türkiyənin aşağı liqa təmsilçilərinin də olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, təcrübəli forvard ötən ilin sentyabrında Bayıl təmsilçisinə keçmişdi.