"Səbail"in baş məşqçisi cəzalandırıldı

“Səbail” klubunun baş məşqçisi Adil Şükürov cəzalanıb.

Sportline.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Buna çalışdırıcının “Baku Sportinq”lə keçirilən 20-ci tur matçında ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.

A.Şükürovun bu hərəkətinə görə “dənizçilər” 3000 manat ziyana düşüb.

Baş məşqçinin özünə isə dörd oyunluq cəza verilib.

Qarşılaşma “Səbail”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.