"Səbail"in iki rəqibi müəyyənləşdi
Qış təlim-məşq toplanışını Antalyada keçəcək "Səbail"in yoxlama görüşləri çərçivəsində qarşılaşacağı iki rəqibi müəyyənləşib. SportLine.az xəbər verir ki, bunlar Serbiyanın "Napredak" və Bolqarıstanın "Lokomotiv" komandasıdır.
İlk rəqiblə görüş yanvarın 26-na, ikinci rəqiblə oyun isə 29-a planlaşdırılıb.
Qeyd edək ki, Bakı klubunun toplanış çərçivəsində 4 yoxlama matçı keçirməsi nəzərdə tutulub.