“Səbail”in qapıçısı millidə

“Səbail”in qapıçısı Nikolas Hagen Qvatemala milli komandasına dəvət olunub.
 
Sportline.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Hagenin martın 14-dən 30-dək Qvatemala milli komandasının təlim-məşq toplanışında iştirak edəcəyi bildirilib.
 
Qeyd edək ki, Qvatemala yığmasını DÇ-2022-nin seçmə mərhələsində martın 25-də Kuba ilə evdə, 28-də isə Britaniya Vircin adaları ilə səfərdə qarşılaşacaq.