Seçmə komandamızın heyəti bəlli oldu
Oktyabrın 19-25-də Malayziyanın Penanq şəhərində yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. SportLine.az xəbər verir ki, yarışda 100-dən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq.
Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar. Milli komandamızın heyətinə Səbinə Əzimova (53 kq), Lalə Rzazadə və Sevər Məhərrəmzadə (hər ikisi 58 kq), Rüstəm Qasımov (50 kq), Kənan Xəlilov, Cəbrayıl Abzərli və Elvin Abdullayev (hamısı 56 kq), İsa Rüstəmov və Fəqan Əliyev (hər ikisi 62 kq), Tarmenxan Babayev (69 kq), Mayıl Şükürlü (77 kq), Sənan Mirzəyev (85 kq), Ümidvar Bayramlı (94 kq) cəlb edilib.