Səfərli İtaliyada birincilik şansını itirdi

Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyadakı "Grandiscacchi Challenge" turnirində çıxışını davam etdirir.

Sportline.az xəbər verir ki, yarışda səkkizinci turun görüşləri keçirilib. 30 yaşlı qrossmeysterimiz ağ fiqurlarla Gürcüstan şahmatçısı Baadur Jobava ilə üz-üzə gəlib. Matç "sülh"lə yekunlaşıb.

Bu nəticədən sonra xalını 4,5-ə çatdıran Səfərli turnir cədvəlində 6-cı sırada qərarlaşıb. Lider 6 xala sahib Andrey Yesipenkodur (FIDE). 

İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirdə 11 ölkədən ümumilikdə 20 iştirakçı mübarizə aparır.