Semihlə Volkan Bakıya gəlir

Çimərlik futbolu üzrə Türkiyə millisinin Bakıda keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə oyunları üçün heyəti bəlli olub.

Sportline.az Türkiyə Futbol Federasiyasının rəsmi tviter hesabına istinadən xəbər verir ki, baş məşqçi Ozan Yılmaz ilkin siyahıya 18 oyunçunun adını daxil edib.

Qapıçılar: Efe Akpınar, Halik Hamamcıoğlu, Eşref Barış Mengiş, Mehmet Aşlamacı

Müdafiəçilər: Doğa Yalçın, Uğur Yetkin, Ferhat Gülbağ, Yasin Bağcı, Sinan Üzen, Recep Demir

Yarımmüdafiəçilər: Efe Lorenzo Deniz, Hakkıcan Fotbolcu, Ömür Kanberoğlu, Volkan Yeşilırmak

Hücumçular: Özcan Kocaman, Tamer Erbaş, Cem Keskin, Semih Türkmen

Qeyd edək ki, Türkiyə yığması 30 aprel-7 mayda Antalyada təlim-məşq toplanışında olacaq. Bakıdakı yarış 2-9 iyulda gerçəkləşəcək.

Banner