Sənan Qurbanov istefa verdi
"Şamaxı"nın baş məşqçisi Sənan Qurbanov istefa verib.
Sportline.az xəbər verir ki, o, qərarını Azərbaycan Premyer Liqasının 23-cü turunda bu gün "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb.
"Belə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Oyuna itkilərlə çıxmışdıq. Acı məğlubiyyətdir. Rəhbərliklə danışdıq, getməyə qərar verdim. Gələcək oyunlarda "Şamaxı"ya uğurlar arzu edirəm. Ölkə kubokunu qazandıq, burada yaxşı günlərimiz oldu. Belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil" - deyə o bildirib.
Qeyd edək ki, Sənan Qurbanov 2021-ci ildən "Şamaxı"nı çalışdırırdı. Onun komandası hazırda Premyer Liqada 20 xalla 6-cı pillədə qərarlaşıb.