Serbiya millisinin AVRO 2024 üçün heyəti açıqlanıb

AVRO 2024 üçün heyətini təqdim edən növbəti ölkə Serbiya  oldu.

Sportline.az Champipnat.com-a istinadla  xəbər verir ki, Serbiya millisinin mətbuat xidməti rəsmi saytında 2024-cü il Avropa çempionatı üçün millinin tərkibini açıqlayıb.

Qapıçılar: Vanya Milinkoviç-Saviç ("Torino"), Predraq Raykoviç ("Malyorka"), Corc Petroviç ("Çelsi"), Aleksandr Yovanoviç ("Partizan").

Müdafiəçilər: Strahinja Pavlovic ("RB Salzburq"), Nikola Milenkovic ("Fiorentina"), Milo Veljkovic ("Verder Bremen"), Srdjan Babic ("Spartak Moskva"), Uros Spajic ("Crvena Zvezda"), Strahinja Erakovic ("Zenit"), Nemanja Stoic (TSC), Jan. Karlo Simiç ("Milan").

Yarımmüdafiəçilər: Saşa Lukiç (“Fulhem”), Nemanya Qudelj (“Sevilya”), Nemanya Maksimoviç (“Xetafe”), İvan İliç (“Torino”), Saşa Zdelar (CSKA "Moskva”), Srdjan Mijaloviç (“Srvena Zvezda”), Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”), Duşan Tadiç ("Fənərbaxça"), Səməd Bazdar ("Partizan"), Aleksandr Cirkoviç (TSC), Lazar Samardziç ("Udineze"), Velko Birmançeviç ("Sparta Praqa"), Filip Kostiç ("Yuventus"), Filip Mladenoviç ("Panatinaikos"), Matiya Qluscevic ("Radniçki 1923"), Andriya Zivkoviç (PAOK), Miyat Qaçinoviç (AEK), Nemanya Radonjiç ("Malyorka").

Hücumçular: Aleksandr Mitroviç ("Əl-Hilal"), Duşan Vlahoviç ("Yuventus"), Luka Yoviç ("Milan"), Petr Ratkov ("RB Salzburg"), Mixail İvanoviç ("Voyvodina").

Qeyd edək ki, Almaniyada keçiriləcək Avropa Çempionatı iyunun14-də start görürəcək.