Serbiya millisinin oyunçusu "Zenit"ə keçməyə yaxındır

"Torino"nun və Serbiya millisinin yarımmüdafiəçisi İvan İliç "Zenit"lə müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Nikola Skira məlumat yayıb.

Mənbənin sözlərinə görə 23 yaşlı oyunçu ilə 2029-cu ilə qədər razılıq əldə edilib.İliç Sankt-Peterburq klubunda ilinə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, İliç ötən mövsüm Turin klubunun heyətində 33 oyunda 4 qol vurub, 2 asist edib.