Serxio Ramosdan antirekord

"Real"ın futbolçusu Serxio Ramos "El Klassiko"larda ən çox vərəqə alan futbolçudur.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi son olaraq dünən La Liqanın 10-cu turunda təxirə salınmış "Barselona" matçda (0:0) sarı vərəqə alıb. Bu, onun "El Klassiko"larda aldığı 43-cü vərəqədir.

Maraqlıdır ki, bu göstəricidə ilk üçlükdə təkcə "Real"da oynayan futbolçular yer alıb. Siyahının ikinci pilləsində Madrid klubunun sabiq müdafiəçisi  Fernando Yerro (20 vərəqə) qərarlaşıb. "Real"ın digər sabiq üzvü Pepe isə üçüncüdür (15 vərəqə). "Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets, klubun sabiq müdafiəçisi Karles Puyol və "Real"ın sabiq oyunçusu Xabi Alonso isə 13 vərəqə alıblar.