"Sevilya" - "Yuventus": Düşərgələrdə son durum
Bu gün Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, gecənin erkən final adlandırılan görüşündə "Sevilya" "Yuventus"la qarşılaşacaq.
Səfərdən 1-1 hesabı ilə dönən ispaniyalılar doğma meydanda qələbəyə kökləniblər. Elə qoca sinyora da səfərə bu niyyətlə yollanıb.
Sevilyanın heyətində Korona, Geye, Jordan , Markao və Nianzaou zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Qonaqlarda isə Bonuççi, De Şilyo, Xorxe və Pol Poqba Alleqrinin sərəncamında olmayacaq.
Saat 23:00-da başlanacaq görüşün baş hakimi hollandiyalı Danni Makkeliedir.