"Sevilya"da növbəti ayrılıq

Sevilyada Xesus Navasdan sonra daha bir ayrılıq yaşanıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, klubun prezidenti  Xose Mariya del Nido Karrasko baş məşqçi Kike Sançez Floresin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

59 yaşlı mütəxəssis 2023-cü ildən "Sevilya"ya rəhbərlik edirdi.

Qeyd edək ki, Əndəlüs təmsilçisi bu mövsüm La Liqada 36 turdan sonra 41 xalla 12-cidir.